İngiltərədə “iPhone” sifariş edən şəxs qutunu açanda sürprizlə qarşılaşıb. Bu barədə İnsanoid xarici KİV-lərə istinadən bu gün, 14 noyabr tarixində xəbər verir.
Ötən gün İngiltərədə ən qəribə çatdırılma fırıldaqlarından biri kimi Apple-in öz saytından birbaşa iPhone 15 Pro Max sifariş edən adam qutunu açdıqdan sonra "iPhone" görünüşlü saxta "Android" cihaz ilə qarşılaşıb.
Rəsmi Apple saytı vasitəsilə sifariş verilən və 11 noyabrda DPD kuryer xidməti ilə çatdırılmış cihazla bağlı Apple texniki servisi hazırda araşdırma aparır.
Ehtimallara görə, cihaz daşıma zamanı naməlum şəxs tərəfindən açılaraq "saxtası" ilə dəyişdirilib və yenidən paketlənərək müştəriyə çatdırılıb.
Ona görə mütəxəssislər həm smartfon satarkən, həm də alarkən qapalı qutu olsa belə, satıcı və müştərilərlə təhvil-təslimdə qarşılıqlı yoxlamanın aparılmasını tövsiyə edirlər.
[caption id="attachment_137853" align="alignnone" width="696"]
Foto açıq mənbədən[/caption]