Sardiniya adası, sakinlərinin 100 ildən çox yaşaması ilə tanınan dünyanın nadir "mavi zonalarından" biridir.
İnsanoid.com burada insanların uzunömürlülüyü onların həyat tərzi və qidalanma vərdişləri ilə əlaqələndirilir.
Sardiniyalıların qida rasionunda əsasən meyvə, tərəvəz, tam taxıl çörəyi və lobya üstünlük təşkil edir; ət isə adətən yalnız bazar günləri və xüsusi tədbirlərdə istehlak edilir. Ailə dəyərlərinə böyük önəm verən bu cəmiyyətdə hər bir üzvün ehtiyaclarına diqqət yetirilir. Nənə və babaların nəvələrinə göstərdiyi sevgi və qayğı da uzunömürlülüyə töhfə verə bilər.
Gündə bir-iki stəkan qırmızı şərab içmək və keçi südü istehlakı iltihablı xəstəliklərdən qorunmağa kömək edə bilər. Dostlar və ailə ilə vaxt keçirmək isə stressi və ürək xəstəlikləri riskini azaldır.
Sardiniyadan başqa, dünyada daha dörd "mavi zona" mövcuddur: Yaponiyada Okinava adaları, Kosta Rikada Nikoya yarımadası, Yunanıstanda İkariya və Kaliforniyada Loma Linda.