İsrail HƏMAS tərəfindən girov götürülən daha iki girovun öldüyünü təsdiqləyib.
Bu barədə 14 dekabr tarixində Report “The Jerusalem Post”a istinadən məlumat verib.
Bildirilib ki, Nir İçxak kibbutsunun (kollektiv icma) sakini Tal Haymi və Tanzaniya vətəndaşı Coşua Luito Mollel Qəzza zolağında HƏMAS tərəfindən girovluqda olarkən öldürülüblər.