Yaponiya sakini nəhəng it kostyumu tikdirmək və onu ictimai yerdə geyinərək "it kimi gəzmək" üçün 14 min dollardan çox pul xərcləyib. Bu barədə 31 iyul tarixində Unikal.az məlumat yayıb.
Belə ki, Toko kimi tanınan yaponiyalı bloger özünün “YouTube” kanalında gəzintidən video yerləşdirib. O, nəhəng it geyimində yerdə yuvarlanır və stolüstü tennis oynayır. Toko uşaqlıqdan heyvan olmaq arzusunda olduğunu bildirib.
“Zeppet” firması tərəfindən hazırlanan kostyum 40 günə tikilib və 14 161 dollara başa gəlib.