Kolumbiyalı müğənni Şakiranın şərəfinə onun doğulduğu Barrankilya şəhərində heykəl qoyulub. Bunu şəhərin meri Xayme Pumarexo özünün sosial şəbəkə hesabında bildirib.
Bu barədə 27 dekabr tarixində Oxu.az məlumat verib.
Siyasətçi Şakiraya yaradıcılığına görə təşəkkür edib.
Vətənində abidə ucaldılan müğənninin özü də böyük sənətkarlıq nümunəsi üçün Kolumbiya xalqına təşəkkür edib.
[playlist type="video" tracklist="false" ids="156835"]