Argentinalı hücumçu Lionel Messi Beynəlxalq Futbol Federasiyası (FIFA) tərəfindən 2023-cü ilin ən yaxşı futbolçusu seçilib. Bu barədə İnsanoid 16 yanvar tarixində xəbər verir.
Mükafatlandırma mərasimi Londonda keçirilib.
Mükafata İngiltərənin “Mançester Siti” klubunda çıxış edən norveçli hücumçu Erlinq Haaland və fransalı PSJ-nin hücumçusu Kilian Mbappe də namizəd olub.
Messi Argentina millisinin tərkibində 2022-ci ilin dekabrında Qətərdə dünya çempionu olub. Hücumçu yeddi matçda yeddi qol vuraraq turnirin ən yaxşı oyunçusu kimi tanınıb.