Maltada itlər üçün teatr yaradılıb. Bu barədə 3 avqust tarixində “Unikal” xarici mediaya istinadən xəbər verib.
Teatrda ilk dəfə heyvanlar üçün xüsusi tamaşa nümayiş etdirilib. Tamaşa ev heyvanları haqqında olub. Onun rejissorları və aktyorları iki it sahibidir.
Səhnə nümayişi zamanı itlər rahatlaşdırıcı səslərə - mehriban hürməyə, uşaqların söhbətlərinə, sakit zərb alətlərinə qulaq asıblar.
Eyni zamanda tamaşa ərəfəsində sahiblərin yanında yemək, su və təmizlik çantası olub, teatrda təlimçilər və həkimlər növbətçilik ediblər.