"The Jacksons" musiqi qrupunun üzvləri Bakı şəhərində gəzintiyə çıxıb, paytaxtın tarixi məkanlarını ziyarət ediblər. Bu barədə İnsanoid 25 iyul tarixində xəbər verir.
Onlar iki gün əvvəl start götürən "DREAM FEST 2024" Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycana gəliblər.
ABŞ-də populyar musiqi qrupu olan "The Jacksons" 1964-cü ildən 1990-cı ilə qədər aktiv fəaliyyət göstərib. Məşhur pop ulduzu Maykl Ceksonun qardaşları Ceki, Tito, Cermeyn və Marlonla birlikdə yaratdığı qrup daha çox R&B, soul, pop janrlarında ifa edib. "The Jacksons" 1970-ci illərin ən böyük pop-musiqi fenomenlərindən biri hesab olunur.
PhotoStock.az Bakının küçələrində qrup üzvlərini müşayiət edib və fotoreportaj hazırlayıb:
[gallery size="large" ids="186939,186940"]