“Miss Azərbaycan 2017” Razi Əliyeva ailə qurur. Bu barədə İnsanoid Olay.az-a istinadən bu gün, 27 noyabr tarixində xəbər verir.
“Miss Azerbaijan 2017” müsabiqəsinin qalibi model Razi Əliyevanın bu yaxınlarda toyu olacaq.
Model bir müddətdir eşq yaşadığı bəylə evlənir. Toyun dekabr ayında paytaxtda yerləşən dəbdəbəli restoranların birində baş tutacağı gözlənilir.
Bu məlumatı toy mərasiminə dəvət olunmuş qonaqlar da təsdiqləsələr də, modelin ərinin kim olacağı ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.
Cari ilin iyun ayında Razi (Raziyyat) Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazidd hərəkətlərə məruz qalması barədə məlumatlar yayılıb. Həmçinin Əliyevanın “Mercedes” markalı avtomobili yararsız vəziyyətə salınıb.