Azərbaycanda baş redaktor oğlu ilə bir gündə tələbə adını qazanıb.
İnsanoid xəbər verir ki, "Avtosfer.az" saytının baş redaktoru Elməddin Muradlı və jurnalist Xəyalə Muradlının oğlu Turqut Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi ixtisasına qəbul olunub.
Eyni zamanda, Elməddin Muradlı özü də yenidən tələbə adını qazanıb. O, ikinci ali təhsil almaq üçün imtahan verərək uğurla Azərbaycan Texniki Universitetinin Logistika və nəqliyyat texnologiyaları ixtisasına qəbul olub. Qeyd edək ki, Elməddin Muradlı ilk ali təhsilini BDU-nun Jurnalistika fakültəsində almışdır.
Qeyd edək ki, bir çox jurnalistlərin övladları tələbə adını qazanıb.