Özbəkistanda jurnalistika sahəsində texnoloji yeniliyə imza atılıb.
İnsanoid xəbər verir ki, Özbəkistan Milli İnformasiya Agentliyi süni intellekt əsasında robot-müxbir yaradıb.
Robot doqquz dildə rəsmi məlumatları və son xəbərləri ötürür. Müxbirə Orta Asiyada ilk qadın jurnalist Sobir Holdarovanın adı verilib.
Jurnalist Dildora Abduxəlilovanın prototipi əsasında yaradılan robot test rejimində çalışır və videoreportajların miqyasını genişləndirir. İnformasiya təhlükəsizliyi üçün videolara QR-kod əlavə olunur, bu kod vasitəsilə videonun həqiqiliyini UzA-nın rəsmi saytında yoxlamaq olar.