Parisdə keçirilən Yay Olimpiya oyunlarında türkiyəli idmançı rahatlıqla diqqətləri özünə cəlb edib. Bu barədə İnsanoid Türkiyə mətbuatına istinadən bu gün, 1 avqust tarixində xəbər verir.
Paris 2024 Olimpiya Oyunlarında 10 metrdən pnevmatik tapançadan qarışıq komanda kateqoriyasında gümüş medal qazanan Yusuf Dikeç atıcılıq tərzinə görə dünya gündəminə düşüb.
“Chateauroux” Atıcılıq Mərkəzində keçirilən 10 metr məsafəyə pnevmatik tapançadan qarışıq kateqoriyanın finalında Dikeç 16-14 hesabı ilə uduzub.
Səhnəyə qulaqcıqsız çıxmaqla bir əli cibində atəş açaraq gümüş medal qazanan idmançı Yusuf Dikeç sosial mediada qlobal trendə çevrilib.
Onun atış şəkli dünya gündəmində yer alıb.
Bununla bağlı İlon Mask da öz fikrini “Bəyəndim” deyərək bildirib.
![]()