Tarixdə ilk dəfə ölkəmizi "Avropa Konfrans Liqası" turnirində təmsil edəcək “Sabah” komandasının stadionunda təmir işləri aparılıb. Bu barədə İnsanoid bu gün, 22 iyul tarixində xəbər verir.
“Bank Respublika Arena”da təmir-bərpa işləri aparılıb. Oturacaqların sayı artırılıb, yeni turniketlər quraşdırılıb.
“Sabah” FK-nın ev oyunlarını bu stadionda keçirmək üçün UEFA-ya etdiyi müraciət müsbət cavablandırılıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – RFS (Latviya) qarşılaşmasının biletləri bu gün saat 19:00-dan etibarən satışa çıxarılıb.
“Sabah”ın avrokuboklarda ilk ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə, həmçinin bilet satışı məntəqələrindən əldə edə bilərlər.
“Sabah” – RFS matçı avqustun 3-də saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.
[caption id="attachment_122910" align="alignnone" width="696"]
Foto İnsanoid.com[/caption]