Qubanın Qəçrəş kənd tam orta məktəbində uzun illər Kimya fənnindən dərs deyən Əlfəddin müəllimi 18 il sonra öz şagirdi cərrahi əməliyyat edib.
Shimal.News verdiyi məlumata görə, əslən Qəçrəşdən olan, neyrocərrahiyyə sahəsində Türkiyədə təhsil aldıqdan sonra Azərbaycana qayıdan Dr. Pərvin Mirzəliyev uğurlu əməliyyat keçirib.
Müəllim və şagirdin səmimi söhbəti maraq doğurub.