Şamaxının Meysəri kəndində həftəsonu Üzüm və Şərab Festivalı keçirilib. Bu barədə İnsanoid bu gün, 27 noyabr tarixində xəbər verir.
Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25-26 noyabr tarixlərində baş tutan festival Şamaxı sakinlərinin və rayonun qonaqlarının böyük marağına səbəb olub.
![]()
Tədbirdə bir çox yaddaqalan məqamlar olub.
İkinci dəfədir keçirilən festivalda uzumçülük və şərabçılıqla bağlı təqdimatlarla yanaşı, əyləncə dolu anlar da yaşanıb.
![]()
Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisi sərgi, əyləncə, uşaq, piknik, suvenir və digər zonalara bölünüb, şərab və yemək pavilyonları quraşdırılıb.