Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dünyanın ən zəngin insanları siyahısına düşüb. Bu barədə İnsanoid bu gün, 13 avqust tarixində xəbər verir.
ABŞ-nin məşhur “Forbes” nəşri bildirib ki, S.Bayraktar dünyanın ən varlı insanları arasında 2410-cı yerdədir.
Siyahıda Türkiyədən ümumilikdə 27 nəfər var, onlardan 23-ü kişi, 4-ü qadındır.
S.Bayraktar 1,2 milyard dollarlıq sərvəti ilə Türkiyənin 24-cü ən varlı insanıdır.