Məşhur amerikalı aktyor Slyvester Stallone özünün "Başların vurulması" adlı rəsm əsərini Las Veqasda keçirilən xeyriyyə hərracında 410 min dollara satıb.
İnsanoid.com Xarici KİV-lərə istinadən xəbər verir ki, 78 yaşlı aktyorun bu əsəri parlaq yaşıl, sarı və qırmızı tonlarla dolu, demək olar ki, bütün divarı əhatə edən kətan üzərində icra olunub. Rəsm, küçə qraffitisi və kubizm üslubunun birləşməsindən ilhamlanaraq, Stallonenin məşhur "Rokki Balboa" obrazını və digər abstrakt üzləri təsvir edir. Kətanın sol aşağı küncündə "Hələ də mübarizə aparıram — 21.12.18" sözləri yer alıb.
Stallone bildirib ki, əldə olunan vəsait amfAR fondunun təşkil etdiyi Sin City gala gecəsində QİÇS araşdırmalarına ianə ediləcək. O, həmçinin qeyd edib ki, rəsm çəkməyə doqquz yaşında başlayıb və bu hobbi ilə maraqlananları da cəhd etməyə təşviq edib.