Azərbaycanda son sutkada koronavirusa 11 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə 20 may tarixində İnsanoid xəbər verir.
9 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 831 727 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 376 nəfər müalicə olunaraq sağalıb, hazırda 79 aktiv xəstə var.
Son sutkada koronavirus əleyhinə 146 vaksin vurulub.