“Falcon 9” raket daşıyıcısı bu gün “Starlink” sisteminin qlobal şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün minipeyklərdən ibarət növbəti partiyanı uğurla orbitə çıxarıb. Bu barədə İnsanoid “İnterfax” xəbər agentliyinə istinadən bu gün, 16 sentyabr tarixində xəbər verib.
22 “Starlink” peykinin orbitə buraxılması Florida ştatındakı Kanaveral burnunda ABŞ Kosmik Qüvvələrinin 40-cı buraxılış kompleksindən həyata keçirilib.
Bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 108-ci, bu ilin əvvəlindən isə 39-cu buraxılışıdır. Cari buraxılışı nəzərə alsaq, “SpaceX” artıq 5,1 mindən çox belə peyki orbitə çıxarıb.
Hazırda orbitdə 4,7 mindən çox cihaz işlək vəziyyətdədir.