"Ferrari" komandasının almaniyalı sabiq pilotu Mixael Şumaxerin dünya çempionatının son mövsümündə idarə etdiyi bolid (yarış avtomobili) hərraca çıxarılıb.
İnsanoid.com xəbər "The Mirror” nəşrinə istinadən xəbər verir ki, bolidin 15 milyon ABŞ dollarına satıla biləcəyi gözlənilir. Şumaxer bu avtomobillə 2006-cı ildə yarışıb və beş yarışı qazanıb. Hərrac noyabrın 14-də Nyu-Yorkda keçiriləcək.
Qeyd edək ki, 55 yaşlı Şumaxer “Formula 1” üzrə çempionluq rekordunun həmsahibidir: o və britaniyalı Lyuis Hemilton 7 dəfə çempionluq yaşayıblar.