Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 23-də Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə 24 noyabr tarixində Report məlumat verib.
Qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Tacikistan Prezidenti Emoməli Rəhmonu Hava Limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.