Tərtər rayonunda naməlum heyvan skeleti aşkarlanıb. Bu barədə Report 12 yanvar tarixində xəbər verib.
Rayonun Hüsənli kənd sakini Qasımov Rafiq Əli oğlu evində təmir işləri apararkən köhnəlmiş döşəmənin altından skelet aşkar edib.
Kənd sakini bildirib ki, skeletdə əsas diqqətçəkən məqam onun ön ayaqlarının olmamasıdır. Bu da tapılan skeletin hansı heyvana məxsus olmasını müəyyən etməkdə çətinlik yaradır.
Skeletdə ön kəsici dişlərin olması heyvanın yırtıcı olduğunu deməyə əsas verir.