Süni intellekt vasitəsilə türk kişilərinin xoşu gələn qadın modeli hazırlanıb. Bu barədə İnsanoid Türkiyə KİV-yə istinadən bu gün, 13 iyul tarixində xəbər verir.
İnkişaf edən texnologiya sistemi süni intellekt alqoritmləri ilə analiz edilərək yeni bir model qadın ortaya çıxıb.
Bu analizlərdə sosial şəbəkələr, xüsusi anketlər və müxtəlif platformalardan əldə edilən məlumatlar da yer alıb.
Burada, əsasən, türk kişisinin seçdiyi qadının saç rəngi, göz rəngi, üz forması və fiziki xüsusiyyətləri nəzərə alınıb.
Nəticələrə görə, türk kişiləri müəyyən xarakter və fiziki quruluşa sahib qadınları çox sevirlər.
Onlar estetik görünüşə də üstünlük verirlər. Bundan başqa, türk kişiləri qadınlarda gülərüzlü olmağa və səmimiliyə də önəm verirlər.
[caption id="attachment_185847" align="alignnone" width="696"]
Foto açıq mənbədən[/caption]