Bu gün Xaçmaz şəhərinin Bakı prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News-un əldə etdiyi məlumata görə, yolu keçmək istəyən piyadanı yük avtomobili vurub. Nəticədə ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.