47 il əvvəl “Kosmos” kitabının müəllifi Karl Saqan "Voyacer qızıl plastinkası" adını verdiyi disk vasitəsi ilə Yer kürəsi haqqında məlumatları yadplanetlilərə göndərmək fikrinə düşüb.
Bu disk 1977-ci ildə dünyadan 23 milyard kilometr uzağa göndərilən “Voyacer -1” kosmik gəmisinə yerləşdirilib. Bu gəmi Yerdən ən uzaq məsafəyə göndərilən və hələ də səyahətini davam etdirən yeganə kosmik sistemdir.
Karl Saqan və komandası planetimiz haqqında məlumatlar toplusunu qızıl diskə yazmaq qərarına gəlib.
27 musiqi qeydinin olduğu bu diskdə Motsart, Sebastian Bax, Bethoven kimi Avropa mədəniyyətinin öncüləri ilə yanaşı, Azərbaycana məxsus bir musiqi - “Ugam” da yer alıb.
"Ugam" Azərbaycan xalq mahnısıdır. Bəzi mənbələr göstərir ki, yerli əhali Azərbaycanın şimal-qərb bölgəsində yerləşən dağ silsiləsini, xüsusilə Böyük Qafqaz dağlarının bir hissəsini belə adlanırıb.
Tənqidçilər “Ugam”ın melodiyasını təbiətlə bağlı saf və təsirli duyğular oyadan ən yaxşı musiqilərdən hesab edirlər.
![]()