Xəbər verdiyimiz kimi, Erməni əsilli jurnalist İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevdən siyasi sığınacaq istəyib. O, Ermənistanda açıq şəkildə “Qarabağ – Azərbaycandır” dediyinə görə təqiblərə məruz qaldığını və həbs təhlükəsi ilə üzləşdiyini bildirib. Verdyan İnsanoid.com-un suallarını cavablandıraraq sığınacaq tələbinin səbəbləri və Ermənistandakı siyasi basqılar barədə danışıb:
- Siz açıq şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdınız və bundan sonra Ermənistanda barənizdə cinayət işi açıldı. Belə bir açıqlama verməyinizin səbəbi nə idi və niyə bu riski gözə aldınız?
- Hər şey 44 günlük müharibə bitdikdən bir ay sonra, 2020-2021-ci illərin qışında başladı. Facebook-da canlı yayım açıb Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tanımalı olduğunu bildirdim. Çünki bu, Ermənistanın müstəqil dövlət kimi qalmasının yeganə yolu idi.
Mən erməni və Azərbaycan xalqları arasında sülhün tərəfdarı kimi çıxış edirdim, liderlər arasında birbaşa dialoqa çağırır, o vaxt Qarabağda yaşayan erməniləri girov saxlayan cinayətkar qruplaşmanı tənqid edirdim.
Bütün fəaliyyətim boyu həmişə bu mövqedən çıxış etmişəm. Mənə qarşı cinayət işi açan Ermənistanın Milli Təhlükəsizlik Xidməti sosial şəbəkələrdəki çıxışlarımın sitatlarını toplayıb mənə cinayət materialı kimi təqdim edib.
Oxuculara bildirmək istəyirəm ki, mənə qarşı dövlətə xəyanət ittihamı məhz belə ifadələrə görə irəli sürülüb:
- Ermənistan hakimiyyəti sizi ömürlük həbs cəzasına məhkum etmək istəyir. Sizcə, məsələ yalnız fikirlərinizlə bağlıdır, yoxsa onlar üçün daha ciddi siyasi təhlükə yaradırsınız?
- Əslində, cinayət işində mənim açıq çıxışlarım və fikirlərimdən başqa heç nə yoxdur.
Bundan əlavə, 44 günlük müharibə zamanı Ermənistan ordusunu tənqid etdiyim iddia olunur. Amma bu, tamamilə yalandır. Çünki mən Facebook sosial şəbəkəsində müharibə başa çatdıqdan bir ay sonra səhifə açmışam.
Beləliklə, bu saxta məlumatlar və siyasi fikirlər guya cinayət işinin əsasını təşkil edib.
Qeyd edim ki, Qarabağda yaşayan ermənilərin reinteqrasiya proqramında iştirak etmək istəyimi bildirdikdən dərhal sonra mənə qarşı cinayət işi açılıb. Azərbaycan hökuməti bu proqramı elan etmişdi.
Bu, "qırmızı xətt" oldu. Ona görə də Ermənistanın Milli Təhlükəsizlik Xidməti “Facebook”dakı çıxışlarımı daha böyük siyasi təhlükə hiss edib.
- Siz Azərbaycan Prezidentinə siyasi sığınacaq üçün müraciət etdiniz. Bu qərarı verməyə sizi hansı amillər vadar etdi və gələcəyinizi Azərbaycanda necə görürsünüz?
- Azərbaycan Prezidentinə müraciət etməyimə səbəb, Ermənistanın baş nazirinin cinayət işimlə tanış olması və ona xitam verməkdən imtina etməsi olub.
Hətta ona belə bir arqument gətirdim:
"Məni məhkəməyə verirsiniz, halbuki eyni sözləri siz də deyirsiniz."
Paşinyanla ünsiyyəti özəl yazışma vasitəsilə qurmuşdum və o, mənə açıq şəkildə dedi ki, hər halda həbs olunacağam, qalanını isə məhkəmə həll edəcək.
Bu isə o demək idi ki, Ermənistana qayıtmaq mənim üçün artıq mümkün deyil. Üstəlik, məni beynəlxalq axtarışa verdikləri üçün digər ölkələrə də gedə bilməzdim.
Mənə iki seçim qalırdı:
- Mən Ermənistanda yaşayan və "Qarabağ – Azərbaycandır" fikrini açıq şəkildə səsləndirən heç kəsi tanımıram.
Bu cür alternativ fikrə malik olan az sayda insan var və onların hamısı Ermənistandan kənarda yaşayır.
Ölkə daxilində bu mövzu tabu sayılır və onun keşiyində Ermənistanın Milli Təhlükəsizlik Xidməti durur.
- Sizcə, Ermənistan rəhbərliyi Qarabağla bağlı reallığı nə zaman tamamilə qəbul etməyə məcbur olacaq? Bu prosesi necə görürsünüz?
- Əslində, indiyə qədər elə çox hadisə baş verib ki, onların hər biri Ermənistan rəhbərliyini reallığı qəbul etməyə məcbur etməli idi.
Lakin gördüyümüz kimi, heç nə dəyişmir və biz hər dəfə eyni yerə qayıdırıq.
Əksinə, əminəm ki, Ermənistanın fiziki zəifliyi və Azərbaycana qarşı gücsüz olması erməni siyasətçilərinin məhz bu vəziyyətlə barışmasına səbəb olub.
Açıq şəkildə müxtəlif bəyanatlarında bunu parlamentin spikeri Alen Simonyan da vurğulayıb. Onun ən son çıxışlarından birində deyilir:
"Bizə kömək etmədilər, zəif idik, ona görə uduzduq."
Bu o deməkdir ki, əgər Ermənistanın gücü çatsaydı, Simonyan Qarabağı geri qaytarmağa çalışardı.
Bu, Paşinyanın ətrafındakı digər məmurların da fikirlərindən çıxan aydın nəticədir.
Ona görə də "Ermənistanda düşüncə dəyişikliyi üçün nə baş verməlidir?" sualı milyon dollarlıq sualdır.
Amma "Paşinyan siyasətini nə vaxt dəyişəcək?" sualına riyazi cavab vermək olar: