top
“Ən çox 50 yaşdan yuxarı şəxslər boşanır” - Dövlət Komitəsinin sektor müdiri ilə ÖZƏL MÜSAHİBƏ
14 aprel 2025, 05:32
- ↺ +

“Ən çox 50 yaşdan yuxarı şəxslər boşanır” - Dövlət Komitəsinin sektor müdiri ilə ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Ailə – kiçik bir dövlətdir”. Bu ifadə nə vaxt deyilib, dəqiq bilən yoxdur, amma mahiyyəti hər zaman, bütün məqamlarda dəyişməzdir. Öz qayda-qanunları, adətləri ilə fərqlənən ailələr ümumilikdə həm də oxşardır.

Amma bu “dövlətin” müasir problemləri, boşanmaların sayının artması gündəmdən düşməyən mövzulardandır.

İnsanoid.com-un bugünkü müsahibi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları sektorunun müdiri, sosioloq Zəminə Səfərovadır.

Onunla müsahibəni təqdim edirik:

-  Son illərdə ölkəmizdə boşanma hallarının sayı artıb. Cəmiyyətimizin bir çox üzvü boşanmaların əsas səbəbini sosial şəbəkələrdə görür. Hesab olunur ki, ailələrdə münaqişələrin artmasında sosial şəbəkələrin rolu böyükdür. Sizcə, belədirmi?

- Bəli, son illərdə ölkəmizdə boşanma hallarının sayı artıb. Faktların təhlili göstərir ki, boşanmalarda müxtəlif amillərin- qayınanalar, maddi səbəblər, xəyanət, uşağın olmaması-sonsuzluq,ailə,məişət zorakılığı, ailə məsuliyyətini yerinə yetirməmə, kənar müdaxilələr, həddən artıq qısqanclıq, yalan danışmaq, cütlüklərin bir-birinə vaxt ayırmaması, zərərli vərdişlərə aludə olmaq və sosial şəbəkələrin də rolu var.

- Gənclərin yeni ailə mühitinə uyğunlaşma müddəti nə qədərdir?

- Ailə psixologiyasına görə, tərəflər evliliyin ilk 3 ilini daha çox yeni ailə mühitinə uyğunlaşma kimi dəyərləndirməli, qarşı tərəfin ailə üzvlərini daha da yaxından tanımağa çalışmalı, gözləntilərinin nələrdən ibarət olduğuna diqqət etməlidirlər. Hər bir gənc ailə qurduqda yeni ailə ənənələrinə uyğunlaşana qədər dözüm, səbr göstərməlidir. Əgər həmin dövrdə heç bir ciddi konflikt yaranmasa, o zaman gənclərin ailə təməli daha da möhkəmlənər.

- Bəzən yaşlı nəsil müdaxiləsini vacib görürlər.Amma indiki dövrdə bir çox gənc böyük məsləhətini eşitmək istəmir.

- Əvvəllər ailənin dağılmasına, boşanmağa faciə kimi yanaşanlar bu gün onu adi bir hal kimi qəbul edərək ailəsini dağıdır, bir-birindən ayrılırlar. Bir vaxtlar yaranmış söz-söhbətlər, çatışmazlıqlar ağsaqqal, ağbirçək məsləhəti ilə yoluna qoyulurdusa, indi bu barədə danışmağa belə dəyməz. Xırda problemlər qlobal bəla səviyyəsinədək şişirdilir və sonda da ayrılmağa qərar verilir.

Bir çox hallarda ailənin dağılmasına qızın yeni düşdüyü mühitin onu qəbul etməməsi də səbəb olur. Anası ilə həyat yoldaşı arasında yaranan xoşagəlməz münasibətlərin öhdəsindən gələ bilməyən və məsələnin məcrasına düşməsində qəti mövqe göstərməyi bacarmayan oğul sonda kənara çəkilərək ailənin dağılmasına şərait yaradır.

- Bəs ailənin uzunömürlü olması üçün nə edilməlidir?

- Təcrübə göstərir ki, ailənin uzunömürlü olması üçün gənclər daha çox məhəbbət faktoruna üstünlük versələr də, belə nikah əksər hallarda uğursuzluqla nəticələnir. Yəni sevgi xülyaları üzərində qurulan ailələrin bir çoxunun ömrü qısa olur. Bu müddət ərzində onların bir-biri üçün çox adi insanlar olduğu aydınlaşır və izdivaca asanlıqla son verilir.

Valideyn məsləhəti ilə qurulan ailələr nisbətən daha sabit olur. Çünki valideynlər məhz ailənin kökünü, əsil-nəslini, özlərinə münasib olub-olmamasını müəyyənləşdirdikdən sonra belə izdivacın baş tutmasına razılıq verirlər. Lakin yeni qurulan ailələrin problemlərinə nəzər saldıqda asanlıqla söyləmək olar ki, sadaladığımız hər iki faktorda ailələrin dağılmasını və uzunömürlü olmamasını görmək mümkündür.

- Kənar müdaxilələr boşanmalara nə dərəcə təsir edir?

Təbii ki, yeni ailə həyatına başlayan gənclərə müəyyən məsləhətlər verilməlidir, lakin bu ehtiyac olduğu zaman edilsə, narazılıqlardan yayınmaq və ailənin dağılmasının qarşısını almaq olar. Bir çox ailə modellərində müşahidə edilən bir hal vardır: valideyn övlada öz şəxsi mülkiyyəti kimi baxır. Bu, həm böyüklərdə həm də uşaqlarda özünü göstərir. Övladlar özünü psixoloji olaraq valideynin “şəxsi mülkiyyəti” kimi qəbul edir, müstəqil qərar verməkdə çətinlik çəkirlər. Bu səbəbdən də valideynlər bir çox hallarda ailə münasibətlərində çox diqqətli və həssas olmalıdırlar. Uşaqlarına qarşı olan emosional bağı tənzimləməyə çalışmalıdırlar. Əgər valideynlər tolerant davransalar, konflikt yaranmaz və yarandığı təqdirdə də tezliklə həll yolunu tapar. Çox vaxt yeni qurulan ailələrdə valideynlər öz müdaxilələrini “ailəyə dəstək” kimi başa düşürlər, bu da xoşagəlməz halların yaşanmasına səbəb olur. Möhkəm ailənin təməlinin qoyulmasının başlıca mənbələrindən biri də gənclərin bir-birini yaxından tanıması,təhsilli olması və gələcəkdə hansı ailə modelinə sahib olmalarını dərk etmələrindədir.

 

- Ailə dəyərlərini və bərabərliyi qorumaq üçün gənclər nə etməlidirlər?

- Ölkəmizdə ailə institutunun qorunması prioritet məsələlərdəndir. Gənc ailələr səbrli davranmalı, hər xırda problemə görə hər şeyi atıb getməyi çıxış yolu kimi görməməlidirlər. Eyni zamanda, hər iki tərəf əziyyətlə qurulan yuvanı dağıtmağa qıymaz. Əgər valideynlər övladlarına ailə məsuliyyətini, əziyyətini öyrətməsə, sonu heç də yaxşı olmur.

Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Bu gün sevindirici haldır ki, gənclərimizin elm, bilik, mədəni səviyyəsi günü-gündən yüksəlir. Bütün bunların başlanğıcı ailədən götürülür. Ona görə də gənclərimiz hər zaman ailə mədəniyyətini və dəyərlərini öndə tutmalıdırlar.

Fidan İlqar

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
29 oktyabr 2026, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
29 oktyabr 2026, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
29 oktyabr 2026, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
29 oktyabr 2026, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
29 oktyabr 2026, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Oxşar xəbərlər