top
Bakıda görüşdüyü qadını video və fotoşəkilləri şantaj edən şəxsə 6 il HƏBS CƏZASI
25 avqust 2026, 10:36
- ↺ +

Bakıda görüşdüyü qadını video və fotoşəkilləri şantaj edən şəxsə 6 il HƏBS CƏZASI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Məhərrəm Məhərrəmovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

 İttihama əsasən, Məhərrəm Məhərrəmov 2025-ci ildə tanışı M.İsrafilzadə ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən kafedə görüşüb. Görüş zamanı təqsirləndirilən şəxs M.İsrafilzadənin nənəsinə məxsus, onun istifadəsində olan "iPhone 15" markalı mobil telefonu kənarda danışmaq bəhanəsi ilə istəyib.

Telefonun üzərində mobil nömrə də olub və cihazın ümumi dəyəri 2 010 manat təşkil edib. Təqsirləndirilən şəxs telefonu aldıqdan sonra kafedən uzaqlaşıb və geri qayıtmayaraq onu mənimsəyib.

Bununla da Məhərrəm Məhərrəmov zərərçəkmiş şəxsə 2 010 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq edib.

 İttihamda daha bir dələduzluq epizodu da yer alıb.

 Belə ki, təqsirləndirilən şəxs 2025-ci ildə tanıdığı digər şəxslə Sumqayıt şəhərinin 12-ci mikrorayonunda yerləşən "Şaurma" restoranında görüşüb. Həmin görüş zamanı Məhərrəm Məhərrəmov zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) məxsus "iPhone 15 Pro" markalı mobil telefonu da kənarda danışmaq bəhanəsi ilə alıb.

 Telefonun dəyərinin 1 500 manat, üzərində olan mobil nömrənin dəyərinin isə 10 manat olduğu bildirilib.

Məhərrəm Məhərrəmovun telefonu götürdükdən sonra uzaqlaşdığı və geri qayıtmayaraq mobil cihazı mənimsədiyi qeyd olunur. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 1 510 manat maddi ziyan vurulduğu bildirilir.

 Cinayət işinin digər epizodları isə hədə-qorxu ilə tələb etmə ittihamı ilə bağlıdır.

İttiham aktına əsasən, təqsirləndirilən şəxs 2025-ci ilin iyul ayının sonlarında "TikTok" sosial şəbəkəsi vasitəsilə Familə Əsədova (adı, soyadı şərtidir) ilə tanış olub. Sonra qarşılıqlı razılıq əsasında onun Bakı şəhəri, Binəqədi rayonunu ərazisində yerləşən evinə gedib. Həmin vaxt onların şəxsi münasibətləri zamanı çəkilən video və fotoşəkilləri Məhərrəm Məhərrəmov mobil telefonu ilə gizli şəkildə qeydə alaraq saxlayıb. Daha sonra isə o, həmin görüntüləri qadının həyat yoldaşına göstərib və onun haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək pul tələb edib.

Məhərrəm Məhərrəmov Familədən 2 000 manat tələb edib.

İstintaqın gəldiyi nəticəyə görə, qadın təqsirləndirilən şəxsin tələbi ilə ona 1 080 manat pul verib.

 Bundan başqa, Familənin 200 manat dəyərində bir cüt qızıl sırğasını və 20 manat dəyərində qol saatını da verdiyi bildirilir.

Beləliklə, Məhərrəm Məhərrəmov həmin epizod üzrə ümumilikdə 1 300 manat dəyərində pul və əmlakı hədə-qorxu ilə tələb edərək ələ keçirib.

Cinayət işinin materiallarına əsasən, Məhərrəm Məhərrəmov Familənin intim görüntülərini yayacağı hədəsi ilə daha sonra ondan 300 manat tələb edib.

 2025-ci ildə qadın mobil tətbiq vasitəsilə təqsirləndirilən şəxsin istifadəsində olan bank hesabına 300 manat pul göndərib.

 Bununla da həmin məbləğin də hədə-qorxu ilə tələb edilərək ələ keçirildiyi bildirilir.

Bundan başqa, təqsirləndirilən şəxs Familə ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ondan yenidən 2 000 manat tələb edib. Daha sonra görüş yeri kimi Bakı şəhərində metronun "Azadlıq" stansiyasının yaxınlığının müəyyən edildiyi qeyd olunur.

Məhərrəm Məhərrəmov həmin ünvana gəldikdən sonra da cinayətkar əməllərini davam etdirərək qadından intim görüntüləri yayacağı hədəsi ilə 2 000 manat pul tələb edib.

 Hadisədən sonra Məhərrəm Məhərrəmov Familə Əsədovanın şikayəti əsasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhərrəm Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Mənbə: Pravda.az

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Oxşar xəbərlər