Şəkidə yük maşını qatarla toqquşub. Bu barədə 13 mart tarixində APA məlumat verib.
Hadisə səhər saatlarında Yevlax-Balakən dəmiryol xəttinin Şəki rayonu Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib.
Şəki rayonu Qaraqoyunlu kənd sakini, 1965-ci il təvəllüdlü Zəkəriyyə Məhərrəm oğlu Məmmədovun idarə etdiyi “Qazel” markalı kiçiktutumlu yük maşını hərəkətdə olan qatarın yoluna çıxıb.
Faktla bağlı araşdırma aparılır.