Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “ASAN xidmət” mərkəzləri yaradılacaq. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.
Sənədə əsasən, “ASAN xidmət” mərkəzlərinin inşası 2022-2026-cı illərdə icra ediləcək.