Sumqayıtda 24 yaşlı gənc binanın 4-cü mərtəbəsinin eyvanından yıxılıb. Bu haqda noyabrın 25-də FHN-dən bildirilib.
Sumqayıt şəhəri 26-cı məhəllədə dördmərtəbəli yaşayış binasında 1 nəfər vətəndaş köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
Belə ki, 1998-ci il təvəllüdlü Həsənov Nahid Eyvaz oğlu dördmərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından yıxılaraq 2-ci mərtəbədəki mənzilin artırma hissəsinin üzərinə düşüb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər vətəndaşa müvafiq köməklik göstərərək aşağı düşürüb, təcili tibbi yardım briqadasına təhvil veriblər.