Azərbaycanda polis əməkdaşı dünyasını dəyişib. Bu barədə 14 mart tarixində "Unikal" məlumat verib.
Belə ki, Şamaxı Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin polis nəfəri, 1998-ci il təvəllüdlü Feyzullayev Hakim Hikmət oğlu vəfat edib.
Qeyd olunub ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.