Bakıda itkin sayılan şəxsin meyiti tapılıb. Bu barədə 8 aprel tarixində Daxili İşlər Nazirliyi (DİN) xəbər yayıb.
Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 69 yaşlı Kamran Bəkirov 300 min manatla birgə aprelin 6-da itkin düşüb.
Polis tərəfindən keçirilən əməliyyat nəticəsində onun öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Cinayət əməlini törətməkdə şübhəli bilinənlər — əvvələr məhkum olunmuş 70 yaşlı Mustafa Zeynalov və 39 yaşlı Namiq Əliyev saxlanılıblar.
Araşdırmalar aparılır.