Abşeron rayonunda 49 yaşlı kişi itkin düşüb.Bu barədə noyabrın 10-da BAKU.WS xəbər yayıb.
Abdullayev Abdulla Novruz oğlu oktyabrın 17-də səhər saatlarında yaşadığı Xırdalandakı evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun əlamətləri belədir: Boyu 180 sm, saçları qara, gözləri göy rəngdədir.
Vətəndaş barəsində məlumatı olanlar DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, (012)-342-02-02 və (050) 234-74-41 nömrələrinə zəng edə bilərlər.