Bank hesablarından oğurluq edən şəxs saxlanılıb. Bu haqda 8 fevral tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Polis tərəfindən oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, 21 yaşlı Surət Əliyev saxlanılıb. Onun eyni üsulla 5 nəfərin bank hesabından 4.000 manata yaxın vəsaiti oğurlaması müəyyən olunub.
Araşdırmalar aparılır.