Bakı-Quba yolunda baş vermiş dəhşətli qəza ilə bağlı TIR sürücüsü - 30 yaşlı Elçin Atayev saxlanılıb. Bu barədə 16 dekabr tarixində Modern məlumat verir.
Faktla bağlı Cinayət Məcəlləsinin “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb. Şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. İstintaq hərəkətləri aparılır.
Daha öncə 6 nəfərin ölümü ilə nəticələnən sözügedən qəza haqda məlumat vermişdik.