Sabirabad rayonunda 61 yaşlı kişi hamamda çimərkən dəm qazından zəhərlənib. Bu haqda bu gün, 23 noyabr tarixində İnsanoid Report-a istinadən xəbər verir.
Hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. 61 yaşlı İsmayılov Səfər Əli oğlu hamamda çimərkən dəm qazından zəhərlənib. İsmayılov Səfər Sabirabad Rayon Xəstəxanasına çatdırılsa da, artıq gec olub. O, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.