Azərbaycanda yaşayan 72 növ quş ölkəmizin “Qırmızı kitabı”na daxil edilib. Bu haqda aprelin 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Azərbaycan ornitofaunasının isə 30 növü “Dünya Qırmızı Kitabı”nda yer alıb.
Bu il ölkəmizdə qışlayan quşların sayı 800 000-dən çoxdur. Reallıqda isə bu rəqəm 1 milyonu ötür.
Qeyd edək ki, hər il aprelin 1-i Beynəlxalq Quşlar Günü kimi qeyd olunur.
“Azərbaycan Avropada qışlayan quşların sayına görə 3-4-cü yerləri tutur. Bu da Kür-Araz ovalığı, Xəzərin sahilində unikal yerlərin, çoxlu sututarların olması və bu yerlərin sualtı bitkilərlə zənginliyi ilə əlaqədardır”, - deyə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi bildirib.