Bakının Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi təmir edilib. Bu barədə 17 noyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Küçənin uzunluğu 860 metr, ortalama eni 10,5 metr təşkil edir.
Küçə boyu 2 000 p/metr səki daşı düzülüb, 90 min kvadratmetrə yaxın sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Agentlik tərəfindən 2021-ci ildə Yasamal rayonu ərazisində ümumi uzunluğu 3,5 km təşkil edən küçələr təmir edilib.