ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” daha 5 minaaxtaran iti Azərbaycana göndərib. Bu barədə 10 mart tarixində Report məlumat verib.
"Burada həyat xilasetmə işlərinə başlayacaq olan Tina, Deks, Ayron, Klara və Brunonu salamlayırıq!", - paylaşımda qeyd olunub.
Bundan əvvəl də ABŞ Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, daha 5 baş Malinua cinsli minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.
[gallery link="file" columns="1" size="full" ids="108716"]