ABŞ-də yaşayan azərbaycanlılar Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım aksiyasına qoşulublar. Bu haqda 8 fevral tarixində Report məlumat verib.
Müxtəlif ştatlarda başlanan aksiyada zəlzələ zonasında insanlara lazım olan geyim, qida və digər vacib ləvazimatlar toplanılır. Toplanan yardımlar çeşidləndikdən sonra Türkiyəyə yola salınır.