ABŞ-də fəaliyyət göstərən Amerika - Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, ABŞ və İsraildə fəaliyyət göstərən rejissor, prodüser, jurnalistlər və digərlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərinə səfər ediblər. Bu barədə Report 20 aprel tarixində xəbər verib.
Qonaqlar şəhərdə aparılan abadlıq-quruculuq işləri, tarixi və mədəni abidələrlə tanış olublar.
Qonaqlar Şuşa Qalası, Bülbülün ev-muzeyi, "Güllələnmiş heykəllər" kimi Şuşa şəhərinə məxsus bir sıra tarixi abidələri ziyarət ediblər.
Səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.