Bu gün səhər saatlarında Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda gecikmələr olub. Bununla bağlı noyabrın 17-də "Azərbaycan Dəmir Yolları" QSC açıqlama yayıb.
Belə ki, qatarlar Sabunçu stansiyası istiqamətində hərəkət edən zaman idarəetmə tablosunu qidalandıran elektrik kabelinə kənar şəxslər tərəfindən müdaxilə olunub. Nəticədə xətdə qısaqapanma yaranıb, gərginlik kəsilib və qatarların hərəkət qrafikində gecikmələr baş verib.
Çətinlik aradan qaldırılandan sonra qatarların hərəkəti bərpa edilib.
Bundan başqa, Güzdək istiqamətində Sumqayıt-Xırdalan-Bakı xətti üzrə hərəkət edən qatarların qrafikində də gecikmələr qeydə alınıb. Buna səbəb yaranan texniki nasazlıq olub.
Yaranmış hər iki hadisə ilə bağlı müvafiq araşdırma aparılır.