Abşeron rayonunda 10 yaşlı uşağı avtomobil vurub. Bu barədə 4 fevral tarixində Report məlumat verib.
Belə ki, 2013-cü il təvəllüdlü Məmmədzadə Dünya Emin qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.