Abşeron rayonunda 28 yaşlı qadın əri tərəfindən qətlə yetirilib. Bu barədə noyabrın 17-də rayon prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalar zamanı Əfsanə Nuruyevanın aralarında yaranmış münaqişə zamanı həyat yoldaşı tərəfindən bıçaqlandığı məlum olub. Daha sonra o, hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanıb. Səadətdin Nuriyevin olduğu yer müəyyən edilməklə şübhəli şəxs qismində tutulub.