Abşeronda 32 ədəd akkumulyator oğurlayan şəxs saxlanılıb. Bu barədə 18 aprel tarixində APA Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Müxtəlif vaxtlarda rayon ərazisində 32 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Rakim Şərifov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.