Abşeron rayonunda avtobus piyadanı vuraraq öldürüb. Bu barədə 13 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Hadisə dekabrın 12-si saat 18 radələrində rayonun Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini A.Ağaquliyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini U.Bağırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.