Abşeronda silahlı şəxs saxlanılıb. Bu barədə 22 aprel tarixində APA məlumat verib.
Məlumata əsasən, Rəhimov Namiq Oktay oğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun üzərində “Kalaşnikov” konstruksiyalı AKM modelli yivli odlu silah və 30 ədəd patron aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Abşeron rayon məhkəməsinin qərarı ilə Rəhimov Namiq Oktay oğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.