Abşeronda avtomobil qadını vuraraq öldürüb. Bu barədə 10 dekabr tarixində APA məlumat verib.
Tərlan Mirzəyev idarə etdiyi "VAZ-2109" markalı avtomobillə piyada, 1968-ci il təvəllüdlü Şəmsiyyə Qasımovanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.