Xırdalan şəhərində yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb. Bu barədə 9 noyabr tarixində APA məlumat verib.
Hadisə Xırdalan şəhərində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Şəfiqə Məmmədova Heydər Əliyev prospektində piyadalar üçün müəyyən edilməmiş hissədən yolu keçərkən onu avtomobil vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıblar.